Məşhur ulduz Devid Bekhem dostu, futbol məşqçisi Qari Nevilin "29 sual" adlı yutub şousunda yer alıb.
Axşam.az xəbər verir ki, Neville dostundan sevimli içkisindən (qırmızı şərabdan) tutmuş "Spice Girls"ün mahnısına (Say You'll Be there) qədər hər şeyi soruşub.
Həyat yoldaşı Viktoriya Bekhemi David haqqında ən çox nə qəzəbləndirdiyi kimi daha çox şəxsi suallar da orada yer alıb.
Viktoriyanın sevmədiyi xüsusiyyətlərdən danışan Bekhem "Öskürəndə xoşlamır. Mənim xoşuma gələn başqa şeylər də var. Bundan isə Viktoriyanın xoşu gəlmir. Məsələn, mən çox təmizəm, o isə yox. Yəni mən evdə təmizlik işləri görürəm. Viktoriya sevmir" sözlərini söyləyib.