Hyu Cekman malikanəsini 39 milyona satır - Fotolar

Hyu Cekman malikanəsini 39 milyona satır - Fotolar
454 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru Hyu Cekman Nyu-Yorkdakı malikanəsini satışa çıxarıb.

Axşam.az xəbər verir ki, aktyor sözügedən evdə 14 ildir həyat yoldaşı Debora Li Förnes ilə birgə yaşayıb. 

3 mərtəbəli villada 5 yataq, 6 vanna otağı, sauna, fitness mərkəzi və kitabxana da var. Mülkün pəncərələrindən isə Hudson gölünün mənzərəsini izləmək mümkündür.

Cekman iqamətgahı 39 milyon dollara müqabilində yeni alıcıya satmağı planlaşdırır.