Merve və Ezginin təyyarədə ayaq qoxusu ilə imtahanı - Video

Merve və Ezginin təyyarədə ayaq qoxusu ilə imtahanı - Video
1592 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış aktrisaları Merve Dizdar və Ezgi Mola təyyarədə yaşadıqları çətin anları sosial media hesablarında izləyicilərlə bölüşüb.

Axşam.az xəbər verir ki, hava nəqliyyatının içində olan ayaq qoxusu aktrisaları narahat edib. İnsanların gigiyenalarına diqqət çəkən Ezgi hətta ətrafa ətir vuraraq qoxunu azaltmağa çalışıb.

"Təyyarədə bir ayaq qoxusu var. Uşağımın burnu (red. - Merve Dizdar) çox həssasdır. Pərişan olduq, bitdik. Yarım saatlıqdır, qapı açıq getsək, olar? Belə bir qoxu ola bilməz! O qədər də çətin deyil, Allah xatirinə hər gün yuxudan oyanarkən və ya axşam pijama geyinməzdən öncə yuyunun”.

Qeyd edək ki, Merve və Ezgi sonuncu dəfə "Masumlar apartmanı" serialında birgə rol alıblar.