Ötən gün Amerikanın “McDonald’s” restoranlar şəbəkəsi yenilənmiş adı ilə Rusiyada fəaliyyətini bərpa edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, 50 filialıyla işə başlayan restoranın adı isə “Dadlıdır və nöqtə” (“Вкусно и точка”) olaraq əvəzlənib. Bununla yanaşı, menyuda da dəyişiklik edilib.
Şirkət iyunun sonunadək 200 restoranının fəaliyyətini bərpa etməyi planlaşdırılır.
Qeyd edək ki, “McDonald’s” Rusiyada 1990-cı ildən fəaliyyət göstərirdi. Ukraynadakı vəziyyətlə əlaqədar olaraq şirkət bu ilin 14 mart tarixindən etibarən Rusiyada 850-yə yaxın restoranını bağlamışdı.