"İnsanlar Conni Deppi tanıdıqlarını düşünürlər"

"İnsanlar Conni Deppi tanıdıqlarını düşünürlər"
493 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa Ember Hörd keçmiş həyat yoldaşı aktyor Conni Deppə məhkəmədə uduzduqdan sonra ilk müsahibəsini verib.

Axşam.az xəbər verir ki, o, bildirib ki, münsiflər heyətinin niyə Conni Deppin lehinə qərar verdiyini anlayır:

"Necə fərqli qərar verə bilərdilər? Onlar üç həftə ərzində ödənişli çalışan işçilərin ifadələrini, məhkəmənin sonunda isə təsadüfi şəxslərin ifadələrini dinləyiblər. Onları qınamıram, başa düşürəm. O, (red. - Conni Depp) sevimli personajdır və insanlar onu tanıdıqlarını düşünürlər. O, fantastik aktyordur.

Kimin mənim haqqımda və evimin bağlı qapıları arxasında baş verənlər barəsində nə düşündüyü məni maraqlandırmır. İnsanlar şəxsi həyatım haqqında heç nə bilməməlidir".

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub. Bundan sonra aktrisa təzminatı ödəmək imkanı olmadığını bildirib. Conni isə bunun müqabilində apellyasiya şikayəti verməyəcəyi təqdirdə Emberin ona verməli olduğu pulu bağışlayacağını deyib.

Onu da qeyd edək ki, müsahibənin tam versiyası iyunun 17-də yayımlanacaq.