Türkiyənin Sakarya şəhərində keçirilən toyda maraqlı hadisə baş verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyin dostları şadlıq sarayına "Kurtlar vadisi" serialının musiqisi sədaları altında başdaşıyla daxil olublar. Onun üzərində bəyin adı, doğum tarixi və toy tarixi qeyd olunub.
Onların bu zarafatı sosial şəbəkədə də maraqla qarşılanıb.