Amerikalı müğənni-aktrisa Ledi Qaqa "Coker 2" filmində oynamaq üçün təklif alıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda danışıqlar aparan aktrisa rol almağı qəbul etdiyi halda "Coker"in sevgilisi "Harli Kuin"i canlandıracaq.
Filmin 2-ci hissəsinin musiqili olacağı deyilir.
Qeyd edək ki, ekran işində əsas rolu bu dəfə də Hoakin Feniks canlandıracaq. Filmdə eyniadlı baş qəhrəmanı canlandıran aktyor 2020-ci ildə “ən yaxşı aktyor” nominasiyasında “Oskar” mükafatına layiq görülmüşdü.