Bu şəxslər "Squid Game" realiti-şousunda iştirak edə bilər

Bu şəxslər "Squid Game" realiti-şousunda iştirak edə bilər
894 dəfə oxunub
  • A-
  • A
  • A+

"Netflix" reytinqlərdə ilk sırada yer alan "Squid Game" serialını realiti-şouya çevirir.

Axşam.az xəbər verir ki, bu barədə platformanın prodüseri Brendon Riqq məlumat yayıb. O bildirib ki, şou üçün artıq kastinqlərə start verilib. Müsabiqədə dünyanın hər bir ölkəsindən ingilis dilində danışan şəxslərin müraciət etmək hüququ var. Yarışmada 456 nəfər iştirak edəcək və onlar 4,56 milyon dollar (təxminən 7 milyon 752 min manat) uğrunda mübairzə aparacaqlar.

Serialda olduğu kimi realiti-şouda da oyunçular verilən tapşırıqları yerinə yetirəcəklər. 

Qeyd edək ki, serialın ikinci mövsümü də çəkiləcək.