Türkiyəli aktrisa Pelin Akıl onu sosial media üzərindən narahat edən şəxs barəsində məhkəməyə müraciət edib.
Axşam.az xəbər verir ki, aktrisa onu təhqir edən şəxsin cəzalandırılmasını istəyib. Məhkəməyə təqdim olunan sənəddə sənətçi tərəfindən yazılı və ya görüntülü əlaqə ilə birbaşa təhqir etmə maddəsi ilə 2 il 4 aya qədər həbs tələbi irəli sürüldüyü yazılıb.
Qeyd edək ki, Pelin hazırda həmkarı Oktay Kaynarca ilə "Ben bu cihana sığmazsam" serialında rol almağa hazırlaşır.