Məşhur Hollivud ulduzu Tom Henksin son vəziyyəti sevənlərini məyus edib.
Axşam.az xəbər verir ki, "Elvis Presli" filminin təqdimatı üçün tura çıxan 65 yaşlı aktyorun çıxışı zamanı mikrafonu tutduğu sağ əlinin titrəməsi diqqətdən qaçmayıb. Henks titrəməni gizlətmək üçün sol əlini mikrofonun altına qoyub və onları dəyişməyə çalışıb.
Uzun müddətdir sosial mediada da paylaşım etməyən aktyorun ünvanına tezliklə sağalması üçün dualar edilib. Bəzi izləyicilər isə onun yalnız yorğun olduğuna inanmaq istədiklərini bildiriblər.
Hazırda Henksin sağlamlıq durumu ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, aktyor sözügedən ekran işində mərhum müğənni Elvis Preslinin meneceri Tom Parkeri canlandırıb.