Türkiyəli aktyor Halil Babürün yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor yeni mövsümdən etibarən "Kulüp" serialında rol alacaq. O, layihədə "Soner" obrazına həyat verəcək.
Qeyd edək ki, "Netfilx"də yayımlanan ekran işinin baş rollarını Gökçe Bahadır, Barış Arduç və Salih Bademci canlandırır.
Halil sonuncu dəfə "Son yaz" serialında rol alıb. Maraqlı məqamlardan biri isə Halilin həmin layihədə də "Soner" obrazını ifa etməsidir.
