Türkiyəli müğənni Murad Dalkılıçla aktrisa sevgilisi Sitarə Akbaşın ayrılıq xəbərlərinin yalan olduğu ortaya çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dalkılıç sevgilisinin musiqi qrupu "Şiar" üçün studiyaya girib.
O, qrupun yeni mahnısı "Delil"i Akbaşla birgə səsləndirib. Klip çəkilişlərinə başlayan cütlüyün yeni işi 20 günə yayımlanacaq.