Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Axşam.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yoluxan şəxs virusu yüngül formada keçirib və müvafiq müalicədən sonra evə buraxılıb. Həmin vətəndaşda virus Avropa səyahətindən qayıtdıqdan sonra aşkar edilib.