Apreldə ana olan aktrisa Seray Sever ilk dəfə əkizlərinin üzünü göstərib.
Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə yeni dünyaya gələn qızları Sofia və Alyanın fotolarını paylaşıb.
Qeyd edək ki, aktrisa 2018-ci ildə özündən 10 yaş kiçik sevgilisi Eray Sünbüllə ailə qurub. Uzun müddətdir övladı olmayan cütlük bunun üçün müalicə alırdı.




