Türkiyəli stilist Kemal Doğulu ilk mövsümlərində münsif kürsüsündə əyləşdiyi “Doya doya moda” verilişi haqqında qalmaqallı paylaşımlar edib.
Axşam.az xəbər verir ki, proqramın çəkilişləri üçün iştirakçılar stilistə müraciət etdikdən sonra mövzu ilə bağlı açıqlama yayıb. O, instaqram hesabında haqsızlıqla üzləşdiyi verilişdə olmayacağını bildirib.
"Doya doya moda" adlı proqram yenidən başlayırmış. Mənə görə verilişə baş vuracaq şəxslər üçün yazıram: Həmin şirkətlə əsla əməkdaşlıq etmərəm.
Öz proqramları üçün məni satan və nə etsələr də alındıra bilmədikləri layihədə uğurlar. Yerimə kimi qoydunuzsa, alınmadı. Yoxlamağa davam. Əməyinizə sağlıq.
Məndən sizə tövsiyə: İşinizdən nifrət edin, saatlarla gec gəlin çəkiliş meydançasına, içşiləri təhqir edin. Onda qiymətli olacaqsınız. Şirkətin də sizin üçün ürəyi gedər. Təcrübə ilə sabitdir” - deyə, o, yazıb.
Qeyd edək ki, sözügedən layihədə Kemalı model İvana Sərt əvəzləmişdi.

