"Pula görə ərimi xanımlarla yeməyə göndərərəm"

"Pula görə ərimi xanımlarla yeməyə göndərərəm"
2174 dəfə oxunub
  • A-
  • A
  • A+

7 il öncə futbolçu Alpaslan Öztürklə evlənən model Ebru Şancı "2 sayfa" verilişində qonaq olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model 2019-cu ildə aktyor Burak Özçivitin 80 zəngin xanımla şam yeməyi yeyərək 1.5 milyon lirə qazanmasına münasibət bildirib.

O, bu hadisəyə normal baxdığını deyib:

"Pula görə mən də ərimi göndərərəm, problem olmaz. Burada nə var ki? Həm yemək yesin, həm də xanımlarla söhbət etsin. Pulu hesabında gördükdən sonra qarışmayacaqsan".

Qeyd edək ki, modellə Alpaslanın 3 övladı var.