Hollivud ulduzu Demi Mur ilk dəfə gizli saxladığı sevgilisi ilə fotolarını yayımlayıb.
Axşam.az xəbər verir ki, 59 yaşlı aktrisa özündən 13 yaş kiçik məşhur aşpaz Daniel Hammla olan şəkillərini instaqram hesabında izləyicilərlə bölüşüb.
Qeyd edək ki, Demi Mur ilk dəfə 18 yaşında Freddi Murla ailə həyatı qurub. 4 il davam edən evliliyin ardından boşanıb. 1987-ci ildə Brüs Uillisə ərə gedən aktrisanın bu evliliyi isə 3 il davam edib. O, daha sonra 2005-ci ildə özündən 15 yaş kiçik olan Eşton Katçer ilə ailə qurub. Qalmaqallı davam edən 3 illik məhkəmə prosesinin ardından onlar 2013-cü ildə rəsmən boşanıblar.
Murun ümumilikdə 4 övladı var.