Türkiyəli aktyor Kaan Yıldırım keçmiş sevgilisi Hande Erçelə xəyanət etməsiylə bağlı xəbərlərə münasibət bildirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor müsahibəsi zamanı yazılanların doğru olmadığını deyib:
"Məkanın birində əylənirdim, orada olan biriylə adım hallandı. Qohumumla yaxtada tətilə çıxdım, onu da yazdılar. Yəqin ki, bu işimə görə belədir. Tək mənim yox, hər kəsin başına gəlir. Artıq öyrəşmişik".
Qeyd edək ki, bu ilin martında onların eşq yaşadıqları ortaya çıxmışdı. Bir neçə gün əvvəl isə aktyorun Handeyə ailə dostları Tuğçe Açıkgözlə xəyanət etdiyi haqda xəbərlər yayılmışdı.