Müğənni Seda Sayan apreldə ərə getdiyi Çağlar Öktenin soyadını istifadə etməmək üçün məhkəməyəüz tutub.
Axşam.az xəbər verir ki, ifaçı ərinin soyadının rəsmi əməliyyatlarda ona problem yaratdığını deyərək, silinməsini istəyib. O, öz soyadında qalmaq istədiyini bildirib.
Sedanın adı doğum qeydiyyatında Aysel Gürsaçer olaraq yazılıb. "Çağlar Ökten ilə ailə qurduqdan sonra doğum qeydiyyatında ad Gürsaçer Ökten olaraq dəyişib. Bu da rəsmi işlərdə problem yaradır. Müvəkkilim işlərinə görə qızlıq soyadını istifadə etməlidir" deyə, Sayanın vəkili açıqlamasında qeyd edib.