Diananın geyimini təkrarladı - Fotolar

Diananın geyimini təkrarladı - Fotolar
1317 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton "Royal Ascot" at yarışları tədbirlərinin dördüncü günündə obyektivlərə tuş gəlib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Middlton bu dəfə geyimi ilə diqqət çəkib. O, mərhum şahzadə Diananın obrazını təkrarlayıb. 

Diana sözügedən geyimdə 1988-ci ildə keçirilən at yarışlarına qatılıb. Middltonda eyni tərzdə tədbirə qatılıb. "Alessandra Rich"dən olan qəhvəyi xallı ağ paltarı Keyt ağ çiçəklərlə bəzədilmiş enli kənarlı papaq, qəhvəyi zamşa pompalar və mirvari sırğalarla tamamlayıb.

Qeyd edək ki, at yarışları II Yelizavetanın ən sevdiyi tədbirdir. Bu il isə o, bu tədbirə qatıla bilməyib.