Çəkiliş heyətinin olduğu maşın aşdı - 2 aktyor öldü, 6 nəfər yaralandı

Çəkiliş heyətinin olduğu maşın aşdı - 2 aktyor öldü, 6 nəfər yaralandı
1635 dəfə oxunub
  • A-
  • A
  • A+

"Seçilmiş" ("The chosen one”) filminin aktyorları Raymundo Qarduno Krus və Xuan Fransisko Qonsales Aqilar qəza zamanı dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, hadisə Meksikada baş verib. Aktyorların və çəkiliş heyətinin olduğu maşın səhralıq ərazidə yoldan çıxaraq aşıb. Nəticədə 2 aktyor həyatını itirib, çəkiliş komandasının 6 işçisi isə yaralanıb.

Qeyd edək ki, ekran işinin “Netflix”də yayımlanması planlaşdırılırdı.