15 milyonu ödəməmək üçün özünü pulsuz göstərməyə çalışır

15 milyonu ödəməmək üçün özünü pulsuz göstərməyə çalışır
1070 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Amber Hörd keçmiş həyat yoldaşı Hollivud ulduzu Conni Deppə məhkəmədə uduzduqdan sonra 15 milyon dollarlıq təzminatı ödəyə bilməməsi ilə gündəmdən düşmür.

Axşam.az xəbər verir ki, aktrisa ötən gün Nyu-Yorkda endirimli məhsulların satıldığı (outlet) mağazadan alış-veriş edərkən görüntülənib. Onun yanında bacısı Uitni Henrikes də olub.

Alış-verişdən olan fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox izləyici Emberin bu addımı maddi imkanının olmadığını göstərmək üçün qəsdən atdığını yazıb.