“Google” kompaniyasının həmtəsisçisi, milyarder Sergey Brin ikinci həyat yoldaşı Nikol Şanaxandan boşanır.
Axşam.az xəbər verir ki, Sergey 3 illik evliliyinin ardından artıq məhkəməyə müraciət edib. O, səbəb kimi fikir ayrılığını irəli sürüb.
Onlar artıq bir neçə aydır ki, birlikdə yaşamırlar. Cütlüyün toydan əvvəl nikah müqaviləsi bağladığı ehtimal edilir.
Qeyd edək ki, Brin 2017-ci ildə Nikolla görüşməyə başlayıb və bir ildən sonra onların qızı dünyaya gəlib. İkili 2019-cu ildə nikah bağlayıb.
Biznesmen daha əvvəl Enn Vodcitski ilə evli olub. Onlar 2015-ci ildə boşanıblar.
Onu da qeyd edək ki, Sergey "Forbes" jurnalına görə dünyanın ən zəngin 10 adamı sırasına daxildir. Onun sərvəti təxminən 90 milyard dollar qiymətləndirilir.