Türkiyəli aktrisa Bensu Soralın gözəllik sirrini açıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı dərisini ölü hüceyrələrdən təmizləmək üçün qəhvədən istifadə etdiyini bildirib.
Soral günlük üz baxımından da danışıb:
"Yuxudan oyananda ilk üzümü yuyuram, ardınca isə nəmləndirici krem istifadə edirəm. Axşamlar mütləq makiyajımı təmizləyirəm".