"Güldür güldür"ün aktyoru Onur Buldu ilə Duyqu Kozun övladı dünyaya gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün övladı dünən dünyaya gəlib. Hazırda ana və uşağın səhhətinin yaxşı olduğu deyilir. Körpənin cinsiyyəti isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, aktyor 2020-ci ilin aprelində gizlincə evlənmişdi.