İmicini dəyişdi, bəyənilmədi - Fotolar

İmicini dəyişdi, bəyənilmədi - Fotolar
1877 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hördlə qalmaqallı məhkəmə prosesini xeyrinə sonlandırdıqdan sonra əvvəlki həyat tərzinə qayıdıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda sənətçi Finlandiyada keçirilən "Helsinki Blues" festivalında iştirak edib.

Səhnəyə çıxan 59 yaşlı müğənni-aktyorun son halı izləyiciləri təəccübləndirib. Saqqalını qırxan Deppin yeni imici pərəstişkarları tərəfindən bəyənilməyib.