Müharibəyə görə atası ilə əlaqəsini kəsdi

Müharibəyə görə atası ilə əlaqəsini kəsdi
569 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aktyor, rejissor Vladimir Maşkovun qızı, aktrisa Mariya Maşkova atası ilə əlaqəsini kəsib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa instaqram hesabında yazıb. O, bu addımı atasının Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları dəstəklədiyi üçün atdığını açıqlayıb:

"Atamla bir ömürboyu yığılan daha mürəkkəb vəziyyətlər var idi və biz öhdəsindən gələ bilmirdik. O söhbətdən sonra daha danışmadıq. Sevgimi qəbul etdim və özümdə saxladım, amma atamın faşist-ziqzaq simvolları olan köynəkdə  ictimaiyyət qarşısına çıxması mənə fiziki olaraq da ağrı verir və sevgim azalır... Hər şey nifrət, ümidsizliklə doludur. Düşünürəm ki, onun üçün də indi oxuyub mənə baxmaq çətindir. Təsadüfən görməsə belə, onu göndərib göstərəcəklər".

Qeyd edək ki, Mariya bir müddət əvvəl verdiyi açıqlamada Maşkovun ondan Amerikadan geri, Rusiyaya qayıtmasını istədiyini bildirmişdi. O, isə bu təklifdən imtina etmişdi.