Rusiyalı reper əməliyyatdan sonra vəfat etdi

Rusiyalı reper əməliyyatdan sonra vəfat etdi
1375 dəfə oxunub
  • A-
  • A
  • A+

Kamerun əsilli rusiyalı reper Pyer Narsiss vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Valeriya Kalaçeva və 16 yaşlı qızı Karolina-Kristel instaqram hesablarında yazıblar.

İfaçı böyrək əməliyyatından sonra ötən gün 45 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Pyer Rusiyanın "Birinci Kanal"ında yayımlanan “Ulduz fabriki” istedad şousunda iştirakı zamanı “Şokoladlı Dovşan”ı ilə məşhurlaşıb.