Ember borcunu ödəmək üçün kitab yazır

Ember borcunu ödəmək üçün kitab yazır
277 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa Ember Hörd keçmiş həyat yoldaşı Hollivud ulduzu Conni Deppdən bəhs edən kitab yazacaq.

Axşam.az xəbər verir ki, aktrisa kitabda Conni ilə evliliyindən bəhs edəcək. O, bunu eks-həyat yoldaşına verməli olduğu təzminatı ödəmək üçün etdiyini bildirib.

“Amber Hollivud karyerasının bitdiyini düşünür. O, artıq kitab üçün danışıqlara başlayıb. Onun indi itirəcək heç nəyi yoxdur və o, hər şeyi danışmaq istəyir” - deyə, aktrisaya yaxın mənbə deyib.

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.