Bred Pitt məşhur əsərdəki pozu təkrarladı - Fotosessiya

Bred Pitt məşhur əsərdəki pozu təkrarladı - Fotosessiya
506 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Bred Pitt Britaniyanın "GQ" jurnalının yeni nömrəsinin qəhrəmanı olub.

Axşam.az xəbər verir ki, aktyor bu dəfə fotosessiyası ilə diqqət çəkib. Rus-alman fotoqrafı Elizaveta Porodinanın obyektivinin qarşısına keçərək "Giorgio Armani", "Tom Ford", "Saint Laurent" brendlərinə məxsus geyimlərdə pozalar verib.

O, fotosessiya zamanı ingilis rəssamı Con Everett Mille tərəfindən çəkilmiş Şekspirin “Hamlet” pyesindəki Ofeliya obrazını da təkrarlayıb.

"Sənəti ilə danışanlardan biriyəm. Həmişə yaratmaq istəyirəm. Bunu etməsəm, bir növ ölərəm. Sənət izaholunmaz bir şeydir: insanı ürpədən, bədənindəki tükləri biz-biz edən, göz yaşı tökdürən bir şeydir" deyə, B.Pitt müsahibəsində deyib.

Aktyor altı ildir spirtli içki qəbul etmədiyini də vurğulayıb.