Bred Pitt 1 il malikanəsinin həyətində xəzinə axtarıb

Bred Pitt 1 il malikanəsinin həyətində xəzinə axtarıb
454 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Bred Pittin "GQ" jurnalının növbəti sayında müsahibəsi dərc olunub.

Axşam.az xəbər verir ki, nəşrə açıqlamasında aktyor Miraval malikanəsinin bağçasında xəzinə axtardığını etiraf edib. Pitt bildirib ki, kimsə ona mülkün həyətində milyonlarla dollar dəyərində xəzinə basdırıldığını deyib.

O, bunun üçün xüsusi avadanlıq aldığını və bir il ərzində malikanəsinin sahəsində xəzinə axtardığını, düşündüyü tək şeyin bu olduğunu açıqlayıb:

“Xəyali xəzinədən danışan şəxsin niyyətini gec də olsa anladım. Həmin şəxs sahibi olduğu şirkətdən radar avadanlığı aldırmaq üçün bunu etmişdi. Özümü olduqca axmaq hiss etdim, amma etiraf etməliyəm ki, xəzinə axtarmaq çox həyəcanlı idi”.

Hollivud ulduzu keçmiş həyat yoldaşı Ancelina Coli ilə boşandıqdan sonra psixoloji problemlər yaşadığını vurğulayıb. Pitt davamlı olaraq yuxularında bıçaqlandığını, özünü tənha hiss etdiyini söyləyib.

Karyerasında tənəzzülə uğradığını düşünən Pitt həyatının son dövründə nə etməli olduğunu özünə sual edib:

“Bir şeyi etmək məcburiyyətində olduğunuzu hiss etdiyinizdə başqa bir macəraya atılmağın vaxtı çatdı deməkdir”.