Rövşanə aparıcıları tənqid etdi: "Şişmiş dodaq, balaca burun..."

Rövşanə aparıcıları tənqid etdi: "Şişmiş dodaq, balaca burun..."
2360 dəfə oxunub
  • A-
  • A
  • A+

"Baxıram insanları ayırd edə bilmirəm. Nə qədər bir-birinə bənzəyən adamlar var: şişmiş dodaqlar, gözlər qalxıb, burun balaca. Eyni sifətlərdir. Anlayıram ki, cərrahlar pul qazanmalıdır. Amma insanları bu qədər bir-birinə oxşatmaq olmaz".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "MTV maqazin" proqramında deyib. O, aparıcıları tənqid edərək, onların bir-birinə bənzədiyini söyləyib:

"Aparıcılara baxıram, onları bir-birindən ayırd edə bilmirəm. Plastik əməliyyat keçirmiş aparıcılar bir-birinə bənzəyirlər. Eyni sifətlərdir. Bu simada olan qızlar televiziyada daha çoxdurlar. Nə səsi, nə xarizması, nə də ki danışıq tərzi ilə seçilən aparıcıları mən görmürəm. Desəniz, ad çək, edə bilməyəcəm. Heç birini tanımıram. İndividual aparıcı yoxdur. Saç düzümü, geyim tərzi, makiyaj, düzəldilmiş bədən və sifətlər… Belə olmaz".