Melis bu dəfə rəqsinə görə tənqid olundu - Video

Melis bu dəfə rəqsinə görə tənqid olundu - Video
1852 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Melis Sezen bu dəfə sosial media paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, evdə musiqi sədaları altında rəqs edən aktrisa həmin görüntüləri instaqram hesabında paylaşıb. Onun rəqsi izləyicilər tərəfindən bəyənilməyib və onu tənqid ediblər.

Melisin ünvanına "Bu rəqsdir?", "İçinə cin girib?", "Evdəkilər dəli olduğumu düşünsün deyə etdiyim hərəkətlər", "Merve Boluğurdan sonra onu da itirdik", "Evdə təmizlik işlərə görərkən sərgilədiyim performans" kimi şərhlər gəlib.

Bununla yanaşı Melisin rəqsini bəyənənlər də olub.

Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sadakatsiz" serialında rol alıb. O, bir müddət əvvəl təqdimat gecəsinə seçdiyi libasa görə tənqid olunmuşdu.