Xəbər verdiyimiz kimi, “Survivor All Star 2022” yarışmasının qalibi Nisa Bölükbaşı olub.
Axşam.az xəbər verir ki, Nisanın birinci seçilməsi sosial şəbəkələrdə müzakirə yaradıb. İzləyicilərin çoxu layihənin rəhbəri, aparıcısı Acun Ilıcalı və təşkilatçıları bu seçimə görə tənqid edib.
Onlar yarış müddətində ancaq yatan, digər iştirakçıları və yaxınlarını təhqir edən Nisanın bu qalibiyyətə layiq olmadığını və sözügedən müsabiqənin onlar üçün bitdiyini bildiriblər.
Onun ünvanına "Survivor" tarixinin ən rəzil və uğursuz qalibi Nisa olub", "Nisa, oyan çempion oldun artıq", "Adı çəkildiyi an televiziyanı söndürdüm. Rəzil bir son. Qadın çempion olmaz demirik, olsun. Nagihan, Sema, Merve kimi güclü yarışmacılar olar. Amma bu qədər bərbad performans ilə rəzil bir son", "Survivor"un mənası həyatda qalmaqdır. Nisa isə yuxuda qalırdı. Belə çempion olur? "Survivor"u bir daha izləməyəcəyəm", "Acun, bu il "Survivor" bitmişdir. Batuhan, Adem, orada bütün gücü ilə mübarizə aparan şəxslər varkən haqqı olmayan Nisa... Bu yarışın dövranı bitmişdir", "Özünü bitirməyə davam, Acun" kimi fikirlər səsləndirilib.