Mabel Matizin klipində LGBT qalmaqalı - Video

Mabel Matizin klipində LGBT qalmaqalı - Video
1367 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mabel Matizin daha bir klipi müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, ifaçının "Karakol" adlı mahnısına çəkdirdiyi klipdə sevgilisi rolunda həmcinsinin olması LGBT-ni təbliğ edilməsi kimi qiymətləndirilib. İzləyicilərin bir çoxu Mabeli bu işinə görə əsl sənətçi adlandırıb, bəziləri isə tənqid edib.

Klipə 17 saat ərzində 300 mindən çox baxış gəlib. Bəyənənlərin sayı isə 30 mindən çox olub.

Qeyd edək ki, Matiz daha əvvəl də kliplərindən birində 1 dollarlardan istifadə etdiyi üçün polisə çağırılmışdı.