Türkiyəli aktrisa Ebru Şahinlə basketbolçu nişanlısı Cedi Osmanla nikah masasına əyləşib.
Axşam.az xəbər verir ki, cütlüyün Makedoniyada baş tutan özəl günündə ailəsi və yaxın dostları iştirak ediblər. Yaxtada keçirilən nikahdan görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, aktrisanın toyu iyulun 7-də Çeşmədə olacaq.



