Amerikanın "Poison" rok-pop qrupunun solisti Bret Maykls xəstəxanaya yerləşdirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qrup üzvləri konsert günü səhnəyə çıxaraq məlumat veriblər.
Onlar bildiriblər ki, 59 yaşlı Maykls dərmanlara zəif reaksiya verdiyi üçün klinikaya yerləşdirilib. Bu səbəbdən qrup çıxış edə bilməyəcək.
Qeyd edək ki, sənətçi 2011-ci ildə mikroinsultdan və beyinə qansızmasından sonra əməliyyat olunmuşdu.