Türkiyəli aktyor İlhan Şen sevgilisi aktrisa Pınar Gülkapanla ilk dəfə görüntülənib.
Axşam.az xəbər verir ki, aktyor ötən gün müğənni Özcan Denizin konsertinə Pınarla birgə qatılıb. Cütlük əl-ələ paparatsilərin obyektivinə tuş gəlib.
Qeyd edək ki, ikili ötən ildən sevgilidir. Onlar münasibətlərini mediadan gizli saxlamağa çalışır.
