Konsertinə gecikdi, yerinə Binali Yıldırım mahnı oxudu - Video

Konsertinə gecikdi, yerinə Binali Yıldırım mahnı oxudu - Video
2321 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Murad Dalkılıç ötən gün baş tutan konsertinə gecikdiyi üçün maraqlı anlar yaşanıb. 

Axşam.az xəbər verir ki, bu səbəbdən ölkənin keçmiş baş naziri Binali Yıldırım səhnəyə çıxaraq mahnı söyləməyə başlayıb.

O, "Murad Dalkılıç 5 dəqiqəyə gəlir. Mən də o boşluğu doldururam" sözlərini işlədib. B.Yıldırım daha sonra "Erzincana girdim, ne güzel bağlar" mahnısını səsləndirib.

Onun bu hərəkəti izləyicilər tərəfindən alqışla qarşılanıb. Sabiq nazir buna qarşılıq olaraq "Muradın yerini tuta bilmərəm. Siz sənətçini səhv saldınız. O, yoldadır, gəlir" sözlərini işlədib. İzləyicilərin istəyini qırmayan Yıldırım yenidən oxumağa davam edib.