Məşhurlar polisə çağrıldı

Məşhurlar polisə çağrıldı
1326 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə 1500 polis əməkdaşının iştirakı ilə “Sarallar” cinayət təşkilatına qarşı aparılan əməliyyatdan sonra dindirilənlərin bəzilərinin adları məlum olub.

Axşam.az xəbər verir ki, sözügedən şəxslər arasında ölkənin bir çox məşhur simaları da yer alıb. Onlar polis bölməsinə çağırılaraq ifadələri alınıb. Həmin məşhurlar sırasında müğənni Aylin Coşkun, aktyorlar Necati Şaşmaz, Erkan Petekkaya və aparıcı Sinan Enginin yer aldığı bildirilib.

Qeyd edək ki, iyunun 28-i keçirilən əməliyyatda 119 nəfər şübhəli şəxs qismində saxlanılıb.