Türkiyənin məşhur simaları aktrisalar Gökçe Bahadır, Asude Kalebek, aktyorlar Barış Arduç, Metin Akdülgər, Fırat Tanış və Salih Bademcinin rol aldığı "Kulüp" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin yeni bölümləri tezliklə "Netflix" platformasında izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, yeni mövsümdə Halil Babür də rol alacaq. Serial 1950-ci illərdə cərəyan edən hadisələri əks etdirir.