Kubanda Olqa Buzovanın konsertinə etirazlar başladı

Kubanda Olqa Buzovanın konsertinə etirazlar başladı
1333 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə həftə əvvəl Olqa Buzovanın Moskvada konserti baş tutub. Gecədə Filipp Kirkorov və qızı Alla Viktoriya, Anna Asti, Sergey Lazarev, Nataşa Koroleva, Hüseyn Həsənov kimi məşhurlar da yer alıblar.

Axşam.az xəbər verir ki, Olqa uğurlu keçən konsertin ardından Rusiyanın bir çox yerlərində, eləcə də Krasnodarda da çıxışlar edəcəyini açıqlayıb. Bunu eşidən Kuban əhalisi etiraz edib. 

Məlum olub ki, Buzova buradakı Kuban vilayətində çoxdan bəyənilmir. Oradakı yerli sakinlər artıq müvafiq bəyanat hazırlayıblar. Sözügedən bəyanat yaxın günlərdə Krasnodar diyarının Mədəniyyət Nazirliyinə göndəriləcək.

Bildirilib ki, orada yaşayan yerli dindarlar Olqanın çıxışını istəmirlər. Belə ki, müğənninin çıxışlarında şeytana sitayiş etdiyi, ayinlərə toxunması tənqid edilib. Bundan əlavə, iddia edilib ki, Olqa İsa Məsihin anasının obrazını səhv şərh edib.

Sakinlər kömək üçün Kuban müsəlmanlarına üz tutublar. Buzovanın Krasnodar diyarında konserti avqust ayına planlaşdırılıb, ancaq onun baş tutub-tutmayacağı sual altındadır.