Burak Özçivitlə bağlı qərar verildi

Burak Özçivitlə bağlı qərar verildi
2334 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kuruluş Osman" serialının çəkilişi ərəfəsində işçi heyətini təhqir etdiyinə görə haqqında cinayət işi açılan aktyor Burak Özçivitin məhkəməsi baş tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 il 1 ay müddətinə qədər həbsi istənilən aktyor 3 min lirə (təxminən 303 manat) cərimələnib. 

Hakim təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayətə görə məhkum edilmədiyini bildirib və bu əsaslarla məhkəmə hökmün ləğv olunmasına qərar verib.