Rusiya bu il İrəvanda keçirilməsi planlaşdırılan “Uşaq Avroviziyası - 2022” mahnı müsabiqəsində iştirak etməyəcək.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən yarışmanın seçim təşkilatçısı İqor Krutoy məlumat verib. O bildirib ki, müsabiqənin milli seçmə mərhələsi üçün ərizə qəbulu artıq ləğv edilib.
Buna səbəb isə Avropa Yayım İttifaqının Rusiyanı “Avroviziya – 2022” mahnı müsabiqəsindən kənarlaşdırmasından sonra cavab olaraq Rusiyanın “Birinci kanalı”nın, Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Kompaniyasının və “Ostankino” Radio evinin qurumdan çıxması olub.