Özbək əsilli 68 yaşlı rusiyalı milyarder Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə milli komandasının 73 yaşlı baş məşqçisi İrina Viner-Usmanovayla bağlı məhkəmədə qaldırdığı boşanma iddiasını geri götürüb.
Axşam.az xəbər verir ki, məhkəmə “iddiaçının iddiadan imtina etməsi səbəbindən” icraatı dayandırıb. Milyarderin hansı səbəbdən ərizəni geri götürməsi məlum deyil.
Qeyd edək ki, Əlişir ilə İrina 1992-ci ildən evlidirlər. Milyarderin sərvəti hazırda 15,4 milyard dollardır.