Rusiyanın hərbi əməliyyatlarına qarşı Ukrayna ordu sıralarına qatılan braziliyalı model və snayperçi Talita do Vale raket hücumu nəticəsində həlak olub.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, model ötən həftə Xarkovda olduğu bunkerə raketin atılması səbəbindən dünyasını dəyişib. Həmçinin, raket hücumundan sonra Talitanı tapmaq üçün bunkerə qayıdan 40 yaşlı əsgər Duqlas Buriqo da öldürülüb.
Qeyd edək ki, 39 yaşlı model dünyanın müxtəlif yerlərində humanitar missiyalarda iştirak edib. O, Ukrayna ordu sıralarına cəmi 3 həftə əvvəl qatılıb.