Qriqori Leps ilk dəfə boşanma qərarından danışdı

Qriqori Leps ilk dəfə boşanma qərarından danışdı
465 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti Qriqori Leps həyat yoldaşı Anna Lepsin (Şaplıkova) ilə 20 illik evliliklərini sonlandırmaq qərarında özünü müqəssir bilib.

Axşam.az xəbər verir ki, bu barədə "Телесемь"ə müsahibə verən 59 yaşlı müğənni ilk dəfə boşanma səbəbindən danışıb.

“Əlbəttə, bütün bunların baş verdiyinə görə təəssüflənirəm. Mənə sədaqətlə xidmət edən həyat yoldaşımı incitdim. Amma boşananlar siyahısında ilk deyilik, sonuncu da. Biz baş verənlərdən bestseller yaratmırıq. Buradakı məqam şəxsidir, buna görə də cavab vermək çətindir.

Ona mənimlə keçirdiyi və keçirəcəyimiz gözəl illərə görə minnətdaram. Ər-arvad kimi deyil, birgə, çünki mən həmişə orada olacağam, ailəmə kömək edəcəyəm, uşaqları böyüdəcəyəm, onları hər şeylə təmin edəcəyəm. Bütün bunlar mənim çiynimdədir" deyə, Leps bildirib.

Qeyd edək ki, Leps və Şaplıkova 2000-ci ildə tanış olublar və iki il sonra evləniblər. Cütlüyün üç övladı var: Eva, Nikol və İvan. Leps ötən il boşanmaq üçün məhkəməyə müraciət edib.