Pelin Batu boşandı

Pelin Batu boşandı
446 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Pelin Batu həyat yoldaşı Macit Bitargildən boşanıb.

Axşam.az xəbər verir ki, cütlüyün ayrılmasına səbəb fikir ayrılığı olub. Pelin və Macit bir-birindən təzminat tələb etməyib. Onlar övladlarının ortaq qəyyumluğunu alıblar.

Qeyd edək ki, 2018-ci ildə Romada ailə quran ikilinin 1 övladı var. Bir müddət əvvəl ürək-damar cərrahı olan Macitin Pelinə şiddət tətbiq etdiyi üçün ayrıldığı deyilsə də, aktrisa xəbərləri təkzib etmişdi.