Əlişir Usmanov 30 illik xanımından boşandı

Əlişir Usmanov 30 illik xanımından boşandı
1429 dəfə oxunub
  • A-
  • A
  • A+

Özbək əsilli 68 yaşlı rusiyalı milyarder Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə milli komandasının 73 yaşlı baş məşqçisi İrina Viner boşanıb.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İ.Viner kanalların birinə müsahibəsində deyib. 

30 ildir ailəli olan cütlüyün evliliyi nikah qeydiyyat şöbəsində sonlanıb. Bu o deməkdir ki, onlar qarşılıqlı boşanmaya razılaşıblar, aralarında həll edilməmiş əmlak iddiaları və onların yetkinlik yaşına çatmayan uşaqları yoxdur.

Qeyd edək ki, Əlişir ilə İrina 1992-ci ildən evlənmişdi. Milyarderin sərvəti hazırda 15,4 milyard dollardır. Rusiyanın ən zəngin adamları siyahısında 7-ci yerdə qərarlaşan Usmanovun 11,5 milyard dollar (təxminən 19 milyard 550 milyon manat) sərvəti var.