İki övladı olan məşhur cütlük gizli evləndi

İki övladı olan məşhur cütlük gizli evləndi
530 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Kirsten Danst həmkarı Cessi Plemonsa gizli ərə gedib.

Axşam.az xəbər verir ki, uzun müddətdir münasibətdə olan cütlük münasibətlərini rəsmiləşdirib. Onlar ötən həftə sonu Yamaykanın Oço Rios kurortunda toy ediblər.

Mərasimlə başlı "Page Six"ə danışmaqdan imtina edən ikili yalnız evləndiklərini təsdiqləyib.

Qeyd edək ki, Kirsten və Cessi 2015-ci ildə "Farqo" serialının çəkiliş meydançasında tanış olublar. Cütlük 2016-cı ildən münasibətdədir.  Ennis və Ceyms Robert adlı iki övladları var.